103 yaşlı yolka 4 min dollara satılıb

   103 yaşlı yolka 4 min dollara satılıb
  21 Dekabr 2023    Oxunub:1154
İngiltərədə hərracda 103 yaşlı yolka 4 min dollara alınıb. Bu barədə Hansons portalı yazır.
Xəbər verilir ki, yolka sünidir və ilk kütləvi istehsal edilənlərdən biridir. Ağac 1920-ci ildə keçmiş sahibi Doroti Qrantın ailə evinə onun 8 yaşı olanda gətirilib.

"Nə qədər sadə olsa da, Doroti o ağacı sevirdi",- hərrac evinin sahibi deyib. Ağac hərraca Dorotinin qızı, 84 yaşlı Şirli Holl tərəfindən hədiyyə edilib. Qadın anasının xatirəsinin mümkün qədər uzun müddət saxlanmasını və süni ağacın insanlara 1920-ci illərin həyatını xatırlatmasını istəyib.

"Birinci Dünya Müharibəsinin və İspan qripi pandemiyasının təsirinə baxmayaraq, insanlar o zaman nikbin idilər", - portal yazır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti