İsrail bir gündə HƏMAS-ın 230 hədəfini vurub

İsrail bir gündə HƏMAS-ın 230 hədəfini vurub
  22 Dekabr 2023    Oxunub:903
İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında radikal HƏMAS qruplaşmasının azı 230 hədəfinə hücum edib.
Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb. “Son 24 saat ərzində SAXAL-ın aviasiyası Qəzza zolağında təxminən 230 terrorçu hədəfinə zərbələr endirib”, - deyə SAXAL teleqram kanalında yazıb.

Xüsusilə Xan Yunisdə İsrail ordusu İsrail ərazisinə yönəlmiş raket buraxılış qurğusunu məhv edib. İsrail qırıcısı, həmçinin HƏMAS üzvlərinin olduğu iqamətgahı vurub.

Bundan əlavə, SAXAL Cəbaliyada HƏMAS-ın silahlarının aşkar edildiyi məktəbdən mülki şəxslərin təxliyəsi üçün əməliyyat keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti