ABŞ: “Husilərin Qırmızı dənizdə hücumlarında İran mühüm rol oynayır”

      ABŞ:    “Husilərin Qırmızı dənizdə hücumlarında İran mühüm rol oynayır”
  23 Dekabr 2023    Oxunub:1370
Qırmızı dənizdə husilərin İsrail gəmilərinə, bu və ya digər şəkildə İsrailə daşımalarda şübhəli bilinən gəmilərə hücumlarına arxasında məhz İranın dəstək verdiyinə Qərbdə heç bir şübhə doğurmur.
AzVision.az xəbər verir ki, ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson son açıqlamasında bununla bağlı Tehranın ünvanına növbəti ittiham səsləndirib.

“İran hökuməti Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumların planlaşdırılmasında iştirak edib və kəşfiyyat məlumatlarının Husi yaraqlılarının gəmilərə hücumuna yardım etmək üçün böyük rol oynayır”, - amerikalı məmur deyib.

Xanım Vatson bildirib ki, Amerika İran hökumətinin husiləri bu hərəkətdən çəkindirməyə çalışmasına inanmır, əksinə onları daha da təşviq etdiyinə əmindir.
AzVision.az






Teqlər: ABŞ   İran  





Xəbər lenti