Burkina-Fasoda keçmiş xarici işlər naziri qaçırılıb

Burkina-Fasoda keçmiş xarici işlər naziri qaçırılıb
  27 Dekabr 2023    Oxunub:969
Burkina-Fasonun keçmiş xarici işlər naziri (1994-1999), Ümumdünya Ticarət Təşkilatı rəhbərinin keçmiş müavini (1999-2002) Ablasse Uedraoqo üç gün əvvəl qaçırılıb.
AzVision.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən Uaqduqudakı evindən qaçırılıb.

Siyasətçidən heç bir xəbər yoxdur, onunla heç kim əlaqə saxlamayıb və onun dəqiq harada olduğu bilinmir. Partiya onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb.

Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətini kəskin tənqid edir.

AzVision.az



Teqlər:





Xəbər lenti