Ukrayna ilə sərhədi bağlamamağı xahiş etdi

Ukrayna ilə sərhədi bağlamamağı xahiş etdi
  27 Dekabr 2023    Oxunub:936
Polşanın Baş naziri Donald Tusk aviadaşıyıcılardan Ukrayna ilə sərhədi bağlamamağı xahiş edib.

AzVision.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.


“Sizdən xahiş edəcəm ki, keçidləri bağlamayın, çünki müharibə gedir. Vəziyyət artıq dramatikdir”, - deyə o bildirib.

Bundan əlavə, o, Polşa daşıyıcılarının həyatını və taleyini asanlaşdırmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Nazir Kiyevə səfər planlarından da danışıb. Onun sözlərinə görə, o, səfəri elə quracaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı ölkələrin nəyə nail ola biləcəyi bəlli olsun.


AzVision.az



Teqlər:





Xəbər lenti