Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" elan edib

   Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" elan edib
  27 Dekabr 2023    Oxunub:1475
Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır.

Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti