Baydenin oğlu Konqresə hörmətsizlik etdi, araşdırma aparılır

   Baydenin oğlu Konqresə hörmətsizlik etdi, araşdırma aparılır
  28 Dekabr 2023    Oxunub:934
ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Cim Cordan və Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer Ağ Evin müşaviri Edvard Siskelə göndərdikləri məktubda bildiriblər ki, prezidentin oğlu Hanter Baydenə qarşı Konqresə hörmətsizlik və prezidentin bunda rolu ilə bağlı icraata başlayacaq.
Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb. "Ağ Evin prezident Baydenin oğlu Hanterin Konqresin iki çağırışa bilə-bilə məhəl qoymayacağına dair əvvəlcədən məlumatı olduğuna dair rəsmi bəyanatı fonunda, biz impiçment araşdırmamızın bir hissəsi olaraq Prezidentin Konqresə mane olmaqda iştirak edib-etmədiyini araşdırmaq məcburiyyətindəyik", - bəyanatda vurğulanıb.

Onlar Ağ Evdən Hanter Baydenin ifadəsi ilə bağlı göndərilən və ya alınan bütün sənədləri və kommunikasiyaların təhvil verilməsini tələb ediblər. Məktubda Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin "Prezident oğlunun nə deyəcəyindən şübhəsiz xəbərdar idi" şərhinə istinad edilir.

"Xanım Jan-Pyerin bəyanatı onu deməyə əsas verir ki, prezident cənab Hanter Baydenin Konqresin iki çağırışa məhəl qoymamasından müəyyən məlumatı olub. Bu bəyanatın fonunda biz prezidentin oğlunun komitə çağırışlarına qarşı çıxmaq planında iştirakını araşdırmaq məcburiyyətindəyik".
AzVision.az


Teqlər:





Xəbər lenti