Almaniya Rusiyanın 4,1 milyardlıq aktivlərini dondurub

 Almaniya Rusiyanın 4,1 milyardlıq aktivlərini dondurub
  28 Dekabr 2023    Oxunub:875
Dekabrın əvvəlinə olan məlumata görə, Almaniya hökuməti Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini Avropa İttifaqının sanksiyaları çərçivəsində dondurub.
AzVision.az xəbır verir ki, barədə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi jurnalistlərə brifinqdə bildirib.

“Bura sanksiyalar çərçivəsində dondurulmuş pullar, fiziki şəxslərin iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri daxildir”, - deyə o bildirib.

Bundan əvvəl Almaniya Baş Prokurorluğu Rusiya aktivlərinin 720 milyon avrodan çoxunu müsadirə etmək üçün məhkəməyə müraciət etdiyini açıqlamışdı. Vəsatətə ilkin baxış keçirilir. Məhkəmə prosesinin başlanması ilə bağlı hələlik qərar yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti