Avstriyanın Rusiyaya qarşı siyasəti pisləşib

Avstriyanın Rusiyaya qarşı siyasəti pisləşib
  29 Dekabr 2023    Oxunub:1240
Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Avstriyanın Rusiyaya qarşı siyasətinin pisləşdiyini bildirib.
Onun sözlərinə görə, Vyana ruslara giriş vizalarının verilməsində maneələr yaradır. Beləliklə, avstriyalılar Amerika yolunu tutublar. “Avstriya hakimiyyətinə gəlincə, onların siyasəti nəzərəçarpacaq dərəcədə pisləşib. Onlar giriş vizalarını gecikdirməklə çətinlik yaratmağa çalışırlar. Və təbii ki, Moskvadan insanlar BMT-nin müxtəlif qurumlarının iclaslarına gəlirlər”, - diplomat izah edib.

Eyni zamanda o əlavə edib ki, ölkədə kütləvi anti-Rusiya əhval-ruhiyyəsi yoxdur, avstriyalılar öz mehribanlığı və qonaqpərvərliyi ilə seçilirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti