2023-cü ilin kosmik kəşfləri: 50 ildən sonra ilk dəfə ayda

  2023-cü ilin kosmik kəşfləri:  50 ildən sonra ilk dəfə ayda
  29 Dekabr 2023    Oxunub:1736
Dünyanın aparıcı kosmik agentlikləri bu il planetimizi və günəş sistemimizi daha yaxından tanımaq və fundamental suallara cavab tapmaq üçün mürəkkəb və çətin kosmik səyahətlər həyata keçirib.
Hindistanın kosmik gəmisi Ayın cənub qütbünə yaxın yerə enərək tarix yazıb. Çin ilk mülki insanı kosmosa göndərib və NASA-nın "Perseverance" aparatı Marsda nümunə toplama missiyasını uğurla başa vurub. Avropa Kosmik Agentliyi də Yupiterin peyklərini tədqiq etmək missiyasına başlayıb. Eyni zamanda bütün dünya üzrə tədqiqatçılar “mükəmməl günəş sistemi”ni tapıblar. "James Webb Teleskopu" bu il də möhtəşəm görüntülər göndərməyə davam edib. Və 2024-cü ildə insanlar 50 ildən sonra ilk dəfə Aya qayıdacaqlar.

2023-cü ildə kosmos tədqiqatları sahəsində görülən əsaslı işlər...


"Perseverance" qaya nümunəsi vəzifəsini tamamlayıb

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmik gəmisi "Perseverance" mühüm bir mərhələyə çatıb və qaya nümunələrini toplayıb. Bu mürəkkəb missiyada "Perseverance" topladığı sübutların olduğu nümunə qutularını təyin olunmuş yerlərə qoyub. Qurğu ilə əlaqə kəsildiyi anda bu nümunələr Yerə qaytarılacaq. Alimlər süxur nümunələrinin laboratoriyada araşdırılması üçün Yerə gətirilməsini palnlayırlar. Bu, Qırmızı Planetdə həyatın olub-olmadığını öyrənmək üçün ən yaxşı üsuldur.

Qeyd edək ki, Jezero Krateri adlı "Perseverance" 45 km genişlikdə kəşfiyyat sahəsini araşdırmaq üçün Marsa göndərilib. Burada milyardlarla il əvvəl bir gölün mövcud olduğu düşünülür. Alimlər alınan nümunələrin mikrob orqanizmlərinin dəlillərini tapmaq üçün uyğun mühit yaratdığını düşünürlər.


50 il sonra kosmonavtların yenidən Aya səyahəti başlayır

İlin ən maraqlı səyahətlərindən biri NASA tərəfindən aprel ayında açıqlanıb. Bir qadın və qaradərili astronavt "Artemis 2 adlı" uçuşla ilk dəfə Aya göndəriləcək. 2024-cü ilin noyabrından əvvəl baş tutması planlaşdırılan buraxılış üçün amerikalı astronavtlar Kristina Kox, Viktor Qlover və Rid Uizman və kanadalı astronavt Ceremi Hansen seçilib. NASA direktoru Vanessa Wyche dörd astronavtın hamısının "bəşəriyyətin ən yaxşısını" təmsil etdiyini söyləyib. "Artemis 2" missiyasında astronavtlar Aya enməyəcəklər.


Avropa Kosmos Agentliyinin Yupiterə səyahəti

Aprel ayında NASA insanlı Ay uçuşunu elan etdikdən sonra Avropa Kosmik Agentliyinin (ESA) iddialı səyahəti başladı. Agentlik Yupiterin buzlu peyklərini araşdırmaq üçün Fransız Qvianasından "Ariane-5" adlı kosmik gəmini kosmosa göndərib. Raketin Yupiterin peyklərinə çatması təxminən 8 il çəkəcək. Alimlər hesab edirlər ki, Kallisto, Avropa və Qanimed peyklərinin dərinliklərində okeanlar var. ESA-nın Yupiterin Buzlu Peyklərini (Şirəsi) Tədqiq etmək missiyası palentin peyklərində mikroorqanizmlərin həyatı üçün lazım olan şəraitin olub-olmadığını anlamaq məqsədi daşıyır. ESA-nın elmi direktoru professor Carole Mundell deyir ki, bu elə də sərsəm fikir deyil: “Məsələn, hətta Yer kürəsində okeanların dibindəki vulkanlar da bizə tamamilə fərqli planetlər kimi görünə bilər. Əgər başqa yerlərdə də oxşar şərait varsa, mikrobların yaşaya bilməməsi üçün heç bir səbəb yoxdur. Biz "Juice" missiyası ilə bu şərtləri araşdırmaq istəyirik”.


Çin kosmosa ilk mülki şəxsi göndərdi

Çinin "Tiangong Kosmik Stansiyası"na göndərdiyi üç astronavt arasında ilk dəfə mülki şəxs də olub. "Shenzhou-16" kosmik gəmisi may ayında ölkənin şimal-qərbindəki Qobi səhrasındakı "Jiuquan" peyk buraxılış mərkəzindən buraxılıb. Ekipaj Jing Haipeng, Zhu Yangzhu və Gui Haichaodan ibarətdir. Üçlük noyabr ayından bəri Çinin yeni inşa edilən "Tiangong Kosmik Stansiyasında" olan komandadan vəzifəni dəyişmək üçün göndərilib. "Shenzhou-16" ekipajında ​​olan Beihang Universitetinin professoru Gui kosmik stansiyaya minən ilk mülki vətəndaşı olub. Bütün digər astronavtlar Çin Xalq Azadlıq Ordusunun üzvləridir.


Hindistan tarix yazdı

Hindistan avqust ayında "Chandrayaan-3" adlı kosmik gəmisi ilə Ayın cənub qütbünə yaxın yerə enən ilk ölkə olub. Bu uğurla Hindistan Aya yumşaq eniş edən dördüncü ölkə olub. Hindistanın baş naziri Narendra Modi enişi canlı izləyib və ilk şərhi "Hindistan indi Aydadır" olub. Rusiyanın eyni məqsədlə kosmosa səyahəti uğursuzluqla nəticələnmişdi. "Chandrayaan-3"ün məqsədlərindən biri su əsaslı buzları araşdırmaqdır ki, bu da alimlərin fikrincə, gələcəkdə Ayda insanların məskunlaşmasına kömək edə bilər.

Mükəmməl Günəş sistemi aşkar edilib

Noyabrın sonunda astronavtlar Yerdən 100 işıq ili uzaqda milyardlarla il dəyişməz qalan 6 planetdən ibarət Günəş sistemini kəşf ediblər. Sistemdəki planetlərin hamısı təxminən eyni ölçüdədir və təqribən 12 milyard il əvvəl yarandıqları vaxtdan bəri az struktur dəyişikliyinə məruz qalıb. Bu da sistemin necə formalaşdığını və canlı həyata sahib olub-olmadığını öyrənmək imkanı verir. Tədqiqata rəhbərlik edən Çikaqo Universitetindən Dr. Rafael Luque tapılan sistemi "mükəmməl günəş sistemi" kimi təsvir edib: “Bu planetlər onların əmələ gəlməsini müşahidə etmək üçün idealdır, çünki onların başlanğıcı xaotik olmayıb və yaranandan bəri dəyişməyib. Son 30 il ərzində astronomlar minlərlə günəş sistemi kəşf ediblər, lakin onların heç birində planetlərin əmələ gəlməsini öyrənmək üçün belə əlverişli şərait olmayıb".


"James Web"dən gələn fövqəladə şəkillər

2022-ci ildə kosmosa göndərilən "James Webb" teleskopu 2023-cü ildə kosmos həvəskarlarına bir çox "ilk şəkillər" təqdim edib. Dünyanın ən böyük teleskopunun göndərdiyi foto partlayan ulduzun ən detallı şəkli olub. Nebula dairəsi də "Webb" sayəsində əldə etdiyimiz inanılmaz fotoşəkillər arasında idi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti