Qarabağ və Şərqi Zəngəzura 11,2 milyarddan çox vəsait ayrılıb

   Qarabağ və Şərqi Zəngəzura 11,2 milyarddan çox vəsait ayrılıb
  29 Dekabr 2023    Oxunub:1153
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb.
Bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”də bildirilib. “Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub”, - bələdçidə qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti