Anasını öldürtən qız haqda kitab Amazonda birinci yerdədir

   Anasını öldürtən qız haqda kitab Amazonda birinci yerdədir
  29 Dekabr 2023    Oxunub:1597
Öz anasının qətlində iştirak etməkdə təqsirli bilinən və bir gün əvvəl həbsdən azad edilən amerikalı Cipsi Rouz Blanşar haqqında kitab Amazon onlayn pərakəndə satış mağazasının tematik bölməsində birinci yerdədir.
Blanşar ailəsinin faciəvi hekayəsi bir neçə il əvvəl ABŞ-ı şoka salmışdı. Məhkum qızın anası 20 ildən artıq idi ki, qızının əlil olduğunu düşünürdü və öz aləmində ona “qayğı” göstərirdi. Əslində isə qadının özü psixi pozğunluqdan əziyyət çəkirdi və bun görə də sağlam qızında bütün xəstəlikləri icad edirdi.

Gənc qız internetdə tanış olduğu Nikolas Qodedjona anasını öldürməyi təlif edib və o, bununla razılaşıb. Gənc oğlan ömürlük həbs cəzası alıb, Cipsi isə on il cəza alıb. Lakin sonradan müddət yeddiyə endirilib. Amerikalı qız bir gün əvvəl sərbəst buraxılıb.

Amazonun fırıldaqçıların tərcümeyi-hallarına həsr olunmuş bölməsində Blanşarın elektron kitabı birinci yerdədir.

Bununla belə, o, hazırda yalnız əvvəlcədən sifariş üçün mövcuddur və onu yanvarın 9-da əldə etmək mümkündür. Blanşar kitabın müəlliflərindən biri kimi qeyd olunur. Nəşr Amazon saytında qeyd edildiyi kimi, şəxsi fotoşəkillər, rəsmlər və qızla eksklüziv müsahibələrdən ibarət olacaq.

Blanşar həbsdən çıxdıqdan sonra ilk selfisini İnstaqram səhifəsində yerləşdirib. Post üç saat ərzində bir milyondan çox bəyənmə toplayıb. Qız indi 32 yaşındadır. Bu yaxınlarda mediaya verdiyi müsahibədə o, anası ilə birlikdə yaşadığı vaxtdan çox həbsxanada özünü "daha azad" hiss etdiyini etiraf edib. Onun hekayəsi Amerika cəmiyyətində böyük rezonans doğurub və bir neçə televiziya layihəsinin əsasını təşkil edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti