"Qarabağda sülhməramlıların olması Azərbaycanla müzakirə olunur" - Rusiya XİN

   "Qarabağda sülhməramlıların olması Azərbaycanla müzakirə olunur" -    Rusiya XİN
  30 Dekabr 2023    Oxunub:1037
"Qarabağda sülhməramlıların olması ilə əlaqədar bütün məsələləri müstəsna olaraq Azərbaycan tərəfi ilə nəzərdən keçiririk"
AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Ria Novosti"-yə müsahibəsində deyib. O qeyd edib ki, Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edəndən sonra vəziyyət kəskin şəkildə dəyişib.

Qaluzin rus sülhməramlı kontingentinin Qarabağ bölgəsinə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən göndərildiyini xatırladıb.

Nazir müavininin sözlərinə görə, sənəd hələ ki, qüvvədən düşməyib və bu səbəbdən rus sülhməramlıları 2025-ci ilin noyabr ayınadək bölgədə qalmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti