Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirilib

Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirilib
  01 Yanvar 2024    Oxunub:1095
Yeni ilin ilk günü İstanbulda Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirilib.
Tədbir Türkiyə Gənclik Fondunun (TÜGVA) rəhbərliyi, Milli İradə Platformasının təşkilatçılığı ilə baş tutub. Yürüşün əsas məqsədi şəhidləri anma, PKK terror təşkilatını lənətləmə və İsrail-Fələstin qarşıdurmasına diqqət çəkərək bu münaqişənin dayandırılmasına töhfə verməkdir.

Sübh namazında İstanbulun fərqli səmtlərində yerləşən məscidlərdə toplaşan insanlar qruplar şəklində Qalata körpüsünə gələrək yürüşə başlayıblar. Türkiyənin dövlət rəsmilərinin də iştirak etdiyi yürüşə ümumilikdə 308 QHT qatılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti