Türkiyədə turistlərə evlərin kirayə verilməsi sərtləşdirilib

   Türkiyədə turistlərə evlərin kirayə verilməsi sərtləşdirilib
  01 Yanvar 2024    Oxunub:1376
Türkiyədə yanvarın 1-dən etibarən turistlərə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlərin müvafiq lisenziya alması tələb olunur.
Bu barədə hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb. Söhbət Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasından gedir. Əgər kirayəçi ilə müqavilə bağlamazdan əvvəl ev sahibinin müvafiq sənədi yoxdursa, onu 100 min türk lirəsi (3,3 min dollardan 35,3 min dollara qədər) cərimə gözləyir.

Lisenziyası olan kirayə evlərdə nazirlik tərəfindən müəyyən edilmiş keyfiyyətlərə malik lövhələr asılacaq. Lisenziya və plakatların verilməsinə görə ödənişlər şöbə tərəfindən müəyyən ediləcək.

Turistlərə icarəyə verilən mənzil binadakı mənzildirsə, icazə almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə bu binadakı mərtəbələrdə olan bütün mülkiyyətçilərin razılığını təqdim etmək lazımdır.

Qeyd olunub ki, hər bir kirayə ev üçün ev sahiblərinə alınan icazə əsasında fəaliyyət göstərmək üçün 15 gün vaxt veriləcək. Vətəndaş, göstərilən müddətdən sonra turistlərə binaları icarəyə verməyə davam edərsə, cərimə 500 min lirəyə (16,4 min dollar) qədər artacaq və icazə alaraq fəaliyyət göstərmək üçün daha 15 gün vaxt veriləcək.

İkinci 15 günün keçməsinə baxmayaraq, icazəsiz turizm xidmətləri göstərməyə davam edənləri 1 milyon türk lirəsi (35,3 min dollar) məbləğində inzibati cərimə gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti