Rusiya yumurtanın idxal rüsumunu ləğv etdi

Rusiya yumurtanın idxal rüsumunu ləğv etdi
  01 Yanvar 2024    Oxunub:954
Rusiya 2024-cü il yanvarın 1-dən tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtası üçün idxal rüsumunu ləğv edib.
Müvafiq tədbiri ölkə hökuməti elan edib. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. Məqsəd Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirməkdir.

2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiya Kənd Təsərrüfatı Nazirliyi yumurta tədarükçülərinə təqdim edilməsi qaydaları hökumət tərəfindən təsdiq edilən xüsusi sənədlər verəcək. “Rosstat”ın məlumatına görə, 2023-cü ilin noyabr ayında Rusiyada toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb.

Bundan əlavə, Rosselxoznadzor Türkiyənin 21 müəssisəsinə yumurta idxalına icazə verib. Həmçinin dekabr ayında Azərbaycandan Rusiyaya yumurtalar gəlməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti