Yaponiyada sunami təhlükəsi: 100 minə yaxın insan təxliyə ediləcək

   Yaponiyada sunami təhlükəsi:    100 minə yaxın insan təxliyə ediləcək
  01 Yanvar 2024    Oxunub:1288
Yaponiyada sunami təhlükəsi səbəbindən 100 minə yaxın insan təxliyə ediləcək.
Bu barədə ölkənin yanğınsöndürmə idarəsinin məlumatlarında qeyd edilib. Belə ki, Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.

İndiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları təhlükədə deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti