Koreya müxalifətinin lideri bıçaqlanıb

Koreya müxalifətinin lideri bıçaqlanıb
  02 Yanvar 2024    Oxunub:1023
Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myun Busana səfəri zamanı hücuma məruz qalıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq xəsarəti yetirib.

Siyasətçi hadisədən 20 dəqiqə sonra xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti