Avropa ölkələri bu preparatlara görə milyardlarla dollar itirəcək

Avropa ölkələri bu preparatlara görə milyardlarla dollar itirəcək
  02 Yanvar 2024    Oxunub:977
Koronavirus preparatlarının istifadə müddəti 2024-cü ilin fevralına qədər olduğu üçün Avropa ölkələri 2,2 milyard dollar itirə bilər.
Bunu “Airfinity” analitik qrupunun məlumatları sübut edir.

Bildirilir ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr ABŞ-nin “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndləri səbəbindən artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon kursa çatacaq. Bu, əhalinin dərman vasitələrinə əlçatanlığına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir.

Daha əvvəl bildirilmişdi ki, Aİ ölkələri ümumi dəyəri dörd milyard avro olan minimum 215 milyon doza koronavirus peyvəndini yararsız olduqları üçün tullayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti