Azərbaycan 140,5 milyon dollar dəyərində tomat ixrac edib

Azərbaycan    140,5 milyon dollar    dəyərində tomat ixrac edib
  02 Yanvar 2024    Oxunub:1235
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 % azdır.

2023-cü ilin noyabr ayında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 5,11 % çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti