Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

   Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
  03 Yanvar 2024    Oxunub:1002
18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən "QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb.

Onların çirkli pulların yuyulması, imiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti