CNN: "ABŞ Qətərlə hərbi baza müqaviləsini gizli şəkildə 10 illik uzadıb"

    CNN:    "ABŞ Qətərlə hərbi baza müqaviləsini gizli şəkildə 10 illik uzadıb"
  03 Yanvar 2024    Oxunub:1098
ABŞ Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Əl Udeidin fəaliyyəti ilə bağlı müqaviləni Qətərlə gizli şəkildə daha 10 il müddətinə uzadıb.
AzVision.az xəbə verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Müvafiq məlumatları üç Pentaqonun nümayəndəsi və adı açıqlanmayan bir məlumatlı məmur telekanala təsdiqləyib. Materialda qeyd olunur ki, Qətərin paytaxtı Dohanın cənub-qərbində səhrada yerləşən Əl Udeid aviabazası ABŞ-ın Yaxın Şərqdə 10 mindən çox əsgəri yerləşdirə bilən ən böyük hərbi obyekti hesab olunur. O, həmçinin Qətər və Britaniya hərbi hava qüvvələri kontingentini qəbul edir.

CNN qeyd edib ki, bir ay əvvəl bu bazaya səfəri zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin müqavilənin uzadılmasından bəhs etməyib. Amerika prezidenti Co Baydenin administrasiyası da bunu ictimaiyyətə açıqlamayıb.

Telekanal qeyd edib ki, saziş İraq, Suriya və Yəməndə İranın dəstəklədiyi silahlı qrupların artan təhdidləri fonunda ABŞ-ın bölgədəki mövcudluğunu gücləndirmək kontekstində uzadılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti