Harvardın rektoru məcburi istefa verib

   Harvardın rektoru məcburi istefa verib
  03 Yanvar 2024    Oxunub:1466
Harvard Universitetinin prezidenti Klodin Qey kampusda İsrailə qarşı etirazları "fikir azadlığı" çərçivəsində nəzərdən keçirdikdən sonra aldığı təzyiqlərə tab gətirə bilməyib istefa vermək qərarına gəlib.
Qey yazılı açıqlamasında istefa qərarının "sözlə təsvir edilə bilməyəcək qədər çətin" olduğunu bildirib. Universitetin öz məqsədlərinə müstəqil şəkildə davam edə bilməsi üçün istefasının Harvardın xeyrinə olacağını vurğulayan Qey irqçi hücumlara məruz qaldığını vurğulayıb:

"Mənim şəxsiyyətimi formalaşdıran iki əsas dəyər olan nifrətlə mübarizə və akademik sərtliyi qorumaq öhdəliyimin kölgədə qalması təəssüf doğurur. İrqi düşmənçilikdən qaynaqlanan şəxsi hücumlara və təhdidlərə məruz qalmaq da qorxuludur".

Universitet rəhbərliyi Qeyın istefasının qəbul edildiyini və müvəqqəti rektor vəzifəsini dekan Alan Qarberin icra edəcəyini açıqlayıb.


Teqlər:





Xəbər lenti