Ərdoğan İran Prezidenti ilə telefonla danışıb

   Ərdoğan İran Prezidenti ilə telefonla danışıb
  03 Yanvar 2024    Oxunub:1332
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı olub.
AzVision.az -ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.


Prezident Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.

O, dinc əhalini hədəf alan terror aktını pisləyib, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, İran xalqına səbr diləyib. Türkiyə Prezidenti danışıq zamanı İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

Bundan əlavə, İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınmasına qərar verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti