KXDR-in təxribatından sonra Yonpyonq adasının sakinləri təxliyə edilir

   KXDR-in təxribatından sonra Yonpyonq adasının sakinləri təxliyə edilir
  05 Yanvar 2024    Oxunub:972
Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi təxribatı ehtimalı ilə əlaqədar sərhəd zonada yerləşən Yonpyonq adasının sakinlərinın dərhal sığınacaqlara təxliyə edilməsinə qərar verib.
AzVision.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təcili təxliyəyə Müdafiə Nazirliyinin istəyi ilə yerli vaxtla günorta 12:02-də qərar verilib.

“Biz təxliyə barədə qərarı hərbi hissədən Şimali Koreyanın təxribatı ilə əlaqədar Yonpyonq adasına dənizdən zərbələr endiriləcəyi barədə məlumat aldıqdan sonra verdik”- səlahiyyətli şəxs “Yonhap” agentliyinə bildirib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR hərbçilərinin yanvarın 5-də səhər saat 9:00-dan 11:00-dək özünün qərb sahilindəki Canqsan və Deunqsan burnundan 200-dək artilleriya atəşi açması barədə məlumat yayıb. Həmin ərazi Cənubi Koreyanın Benyon və Yonpyonq adaları ilə üzbəüz yerləşir. Mərmilər iki ölkə arasında faktiki dəniz sərhədi olan şimal sərhəd xəttinin şimalındakı bufer zonasına düşüb. Bufer zona sərhəddəki gərginliyi azaltmaq üçün 2018-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti