Ermənistan bu məsələdə sovet xəritələrinə əsaslanmağı təklif edir

   Ermənistan bu məsələdə    sovet xəritələrinə əsaslanmağı   təklif edir
  05 Yanvar 2024    Oxunub:1361
"Qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasına dair danışıqlar davam edir".
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib

"Ermənistan qoşunların sərhəd xəttindən 1974-1978-ci illərin sovet xəritələrinə əsaslanaraq çıxarılmasını təklif edir. Bununla bağlı danışıqları davam etdiririk. Ümid edirik ki, razılıq əldə olunacaq və bu istiqamətdə işə davam edəcəyik", - Qriqoryan deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan qoşunların sərhəd xəttindən çıxarılması barədə Ermənistan tərəfinin təklifinin gərginliyin qarşısını almağa kömək edəcəyini bildirsə də, rəsmi Bakı bu təklifi rədd etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti