Prezident seçilsə, ABŞ-ni NATO-dan çıxaracaq

Prezident seçilsə, ABŞ-ni NATO-dan çıxaracaq
  06 Yanvar 2024    Oxunub:915
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını istəyir.
Bu barədə nüfuzlu “Politico” nəşri yazıb. Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir.

Qeyd olunub ki, prezidentliyə namizəd NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskinin əsassız olaraq artırdığını düşünür. Onun fikrincə, BMT-dən çıxmağın da vaxtı çatıb.

Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.

Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Donald Tramp da ABŞ-nin NATO-dan çıxmaq vaxtının çatdığını söyləmişdi.
AzVision.az



Teqlər:





Xəbər lenti