Şarl Mişel iyulda vəzifəsini tərk edə bilər

   Şarl Mişel iyulda vəzifəsini tərk edə bilər
  07 Yanvar 2024    Oxunub:1035
Şarl Mişel iyulda Avropa Şurasının sədri vəzifəsini tərk edə bilər. Bu barədə “Reuters” Belçikanın “De Standaard” qəzetinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Mişel iyunda keçiriləcək seçkilərdə Avropa Parlamentinə namizədliyini irəli sürmək qərarına gəlib və seçiləcəyi təqdirdə avropalı deputat mandatını alacaq.

Avropa Şurası iyunun sonu və ya iyulun əvvəlində onun varisinin adını çəkə bilər. Onun mandatı 2024-cü ilin sonunda başa çatır, buna görə də Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək istəyir. Aİ liderləri iyunun sonuna kimi onu əvəz edəcək şəxsin namizədliyi ilə bağlı razılığa gəlməlidirlər.

Həmişəkindən daha az vaxt qalıb və Avropa liderləri vaxtında razılığa gəlməsələr, o zaman Macarıstanın baş naziri Viktor Orban sədr səlahiyyətlərini icra edəcək. Çünki iyul ayından etibarən Avropa Şurasına sədrlik 2024-cü ilin sonuna qədər Macarıstana keçəcək.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti