Borrell Səudiyyə Ərəbistanına gedib

   Borrell Səudiyyə Ərəbistanına gedib
  07 Yanvar 2024    Oxunub:916
Avropa İttifaqının diplomatiya rəhbəri Cosep Borrell Səudiyyə Ərəbistanına səfər edib. Burada o, Qəzza zolağında nizamlanma və Yəmən üsyançılarından gəmiçiliklə bağlı təhdidlər fonunda Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparacaq.
Aİ Xarici İşlər Xidməti vurğulayıb ki, səfər çərçivəsində Borrell bir sıra yüksək səviyyəli rəsmilərlə, məsələn, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri şahzadə Feysəl bin Fərhan və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Cassem Mohammed al-Budaivi ilə görüşəcək.

Nəşr qeyd edir ki, Avropa diplomatiyasının rəhbərinin əsas məqsədi İsrail və Fələstin arasında, eləcə də Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün şərait yaratmaqdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti