Noboa: "Narkoşəbəkələrlə mübarizə aparırıq"

   Noboa:  "Narkoşəbəkələrlə mübarizə aparırıq"
  11 Yanvar 2024    Oxunub:922
"Ölkədə 20 minə yaxın cinayətkar var. Onlarla müharibə vəziyyətindəyik. Terror qruplarına qarşı geri addım atmayacağıq".
AzVision.az xəbər verir ki, Ekvadorda baş verən hadisələr fonunda prezident Daniel Noboa fərman imzalayaraq, 22 narkotik şəbəkəsini "terror təşkilatı" elan edib.

Qeyd edək ki, Ekvador Silahlı Qüvvələr Birgə Komandanlığının rəhbəri Xayme Vela mətbuat konfransında ölkədə həyata keçirilən əməliyyatlarda indiyədək 329 dəstə üzvünün nəzarətə alındığını, 5-in isə zərərsizləşdirildiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti