Pentaqon təkzib etdi: Yəmənə zərbələr endirilməyib

      Pentaqon təkzib etdi:    Yəmənə zərbələr endirilməyib
  14 Yanvar 2024    Oxunub:1166
ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya yanvarın 14-də Yəmənə zərbə endirməyib. Bu barədə TASS-a Pentaqonun nümayəndəsi məlumat verib.
ABŞ və Britaniya husilərin mövqelərinə yeni hücumlar edib
Onun sözlərinə görə, bu gün ABŞ və ya koalisiya tərəfindən Yəmənə heç bir zərbə endirilməyib. Bundan əvvəl Sky News Arabia telekanalı Yəmənin Hudeydə əyalətinin şimalında yerləşən "Ənsar Allah" hərəkatının hədəflərindən birinin hücuma məruz qaldığını bildirib.

Husilərə məxsus “Al Masirah” telekanalı zərbənin Amerika və Britaniya döyüş təyyarələri tərəfindən həyata keçirildiyini iddia edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti