BMT kiberhücumlarla bağlı xəbərdarlıq etdi

BMT kiberhücumlarla bağlı xəbərdarlıq etdi
  08 Mart 2024    Oxunub:1322
“Hər gün 2,2 mindən çox kiberhücumun olduğu bir dünyada özümüzü getdikcə daha az təhlükəsiz hiss edirik. Hücumların sayı ildən-ilə 80 faiz artır. Bu, narahatlığın hər keçən gün artdığı sahədir”.
Bu məlumatları Cenevrədə keçirilən brifinqdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin təqdim edib.

O qeyd edib ki, təşkilat informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində siyasət və strategiyaların hazırlanmasına kömək etmək üçün ölkələrlə birbaşa işləyir. “Hazırda 100-dən çox dövlətin belə strategiyası var”.


AzVision.az


Teqlər:





Xəbər lenti