Bayram namazı nə zaman qılınacaq və nə qədər fitrə veriləcək?
Hacı Surxay fitrə verilməsindən də danışıb: “Qafqaz Müsəlmanları İdarəsi minimum olaraq 10 manatlıq fitrə verilməsini tövsiyyə edir. Fitrənin bayram günü verilməsi məsləhətdir. Çünki aprelin 9-u axşam fitrə zəkatı çıxacaq. Onun səhərisi günü günortaya qədər versələr, savabı çox olar. Əgər fitrə verən insan zəngin adamdırsa, 10 manatdan çox xərcləyə bilər”.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: