Xankəndi məhkəməsinə sədr və hakim təyin olunub

 Xankəndi məhkəməsinə sədr və hakim təyin olunub
  08 Aprel 2024    Oxunub:1096
İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
Bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamında qeyd olunub.

Xatırladaq ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti