Mobil cihazlara hücumların sayı ötən il 5 dəfə artıb
Bölgədəki digər ümumi mobil təhlükələrə Minecraft oyun modlarında gizli reklam proqramları, arxa fon pəncərələrində gözə çarpmadan reklamlar göstərərək batareya enerjisini və internet trafikini israf edən proqramlar daxildir.
Zərərli mobil tətbiq həm rəsmi mağazalar, həm də qeyri-rəsmi resurslar vasitəsilə yayılır. Belə ki, 2023-cü ildə Kaspersky mütəxəssisləri “Google Play” tətbiq mağazasında çoxsaylı təhlükəli proqramlar aşkar ediblər. Bəzi hallarda təcavüzkarlar investisiya resurslarını təqlid edir və sosial mühəndislik üsullarından istifadə edərək istifadəçilərdən şəxsi məlumatları toplayıblar. İlk növbədə, bunlar sonradan telefon fırıldaqçıları tərəfindən istifadə edilən telefon nömrələri və tam adlar olub.
“2023-cü ildə biz regionda mobil cihazlara hücumların sayında əhəmiyyətli dərəcədə artım görürük: zərərli proqramlar mesajlaşma proqramları üçün modların bir hissəsi kimi aktiv şəkildə yayılıb. Gələcəkdə mobil cihazlara qarşı hədəfli hücumların sayı artacaq və zərərli proqramlar daha da təkmilləşəcək. Təcavüzkarlar istifadəçilərin məxfi məlumatlarını ələ keçirmək üçün və ya onları zərərli məzmunu yükləməyə məcbur etmək üçün mətn mesajları və ya zənglər vasitəsilə sosial mühəndislik taktikalarından və fişinqdən istifadə etməyə davam edəcəklər. Biz istifadəçilərə, o cümlədən təşkilatlara etibarlı təhlükəsizlik həllərindən istifadə etməyi tövsiyə edirik”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi
Müşviq Məmmədov bildirir.
Mobil təhdidlər haqqında tam hesabatla Securelist.com saytında tanış ola bilərsiniz. Mobil təhdidlərdən qorunmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• tətbiqləri rəsmi mağazalardan yükləyin. Bu, tam təhlükəsizliyə zəmanət vermir, lakin riskləri azaldır, çünki bu tip mağazalarda moderasiya sistemi var;
• istifadə etdiyiniz proqramlardakı icazələrin siyahısını yoxlayın və mümkünsə, yalnız ən zəruri olanları aktivləşdirin. Xüsusilə, əgər söhbət “Xüsusi imkanlar” kimi yüksək riskli icazələrdən gedirsə;
• zərərli proqramları və reklam proqramlarını cihazınıza zərər verməzdən əvvəl aşkar etməyə kömək edən etibarlı təhlükəsizlik həllindən istifadə edin. Məsələn, Kaspersky Premium;
• proqramları və əməliyyat sistemini mütəmadi olaraq yeniləyin - onlar mühüm təhlükəsizlik düzəlişlərini ehtiva edə bilər.
AzVision.az
Teqlər: