İranın hücumu İsrailə 1,3 milyard dollara başa gəldi
“Arrow sistemi ilə vurulmalı olan ballistik raketlərdən, digər raketlər tərəfindən vurulmalı olan qanadlı raketlərdən və əsasən təyyarələrlə vurduğumuz PUA-lardan danışırıqsa, bu, hər ballistik raket üçün 3,5 milyon, bir qanadlı raket üçün 1 milyon dollar deməkdir.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, İran İsrailə 170 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120-dən çox ballistik raket atıb. Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemi hədəflərin 99%-ni ələ keçirib.
Aprelin 14-nə keçən gecə İran aprelin 1-də Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edib. İsrail Müdafiə Qüvvələri dəymiş ziyanı kiçik hesab edir. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran pilotsuz təyyarələri və raketləri İsrail ərazisi daxilindəki hədəfləri vurub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: