FHN-nin Mülki müdafiə qoşunlarında növbəti kurs baş tutub
Tədbirdə çıxış edənlər: FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə və Cəmiyyətin nümayəndəsi Nigar Qədəşova, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak budəfəki kursun əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər beynəlxalq humanitar əməliyyatlar zamanı beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən hüquqi sənədlərin tələblərindən və beynəlxalq təcrübədən söz açıblar. O da vurğulanıb ki, dəstə üzvləri həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən bir sıra təlim və kurslarda əldə etdikləri bilik və təcrübələrini daim inkişaf etdirməlidirlər.
Tədbirin sonunda kursu bitirən dəstə üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.
AzVision.az