Prezidentin COP29-a dəvət məktubu İsveç Baş nazirinin ofisinə çatdırılıb

   Prezidentin COP29-a dəvət məktubu İsveç Baş nazirinin ofisinə çatdırılıb
  18 Aprel 2024    Oxunub:1162
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İsveç Krallığının Baş naziri Ulf Kristerssona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu Baş Nazirin Ofisinə təqdim edib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, direktor müavini Elinor Blomberqlə keçirilmiş görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib, eləcə də İsveç-Azərbaycan əlaqələri nəzərdən keçirilib.

Həmsöhbət dəvət məktubuna görə təşəkkürünü ifadə edərək onun yüksək ünvanına çatdırılacağını bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   İsveç   Prezident   məktub   COP29  





Xəbər lenti