Üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydalar hazırlanacaq

   Üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydalar hazırlanacaq
  19 Aprel 2024    Oxunub:965
Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi barədə imzaladığı fərmanda öz əksini tapıb.

Nazirlər Kabineti 3 ay ərzində üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

AzVision.az


Teqlər: Prezident   fərman  





Xəbər lenti