Venesiyada Azərbaycan pavilyonu açılıb - FOTOLAR

Venesiyada Azərbaycan pavilyonu açılıb -    FOTOLAR
  19 Aprel 2024    Oxunub:920
60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı baş tutub.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı keçirilib.

20 aprel – 24 noyabr tarixlərində keçiriləcək biennale "Əcnəbilər hər yerdədir" şüarı altında baş tutur. XVI əsrin unikal memarlıq abidələrindən Kampo della Tanada yerləşən Azərbaycan pavilyonu "Xəzərdən çəhrayı planetə: Mən buradayam" mövzusunda açılıb.

Mədəniyyət naziri Adil Kərimli mərasimdə BƏƏ-li həmkarı Salim bin Xalid Əl-Qasimi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri və birgə mədəni layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrin də təşkilinin əhəmiyyəti vurğulanıb.

Görüşdə "Bakı Prosesi" çərçivəsində 1-3 may tarixlərində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirə aparılıb.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   İtaliya   pavilyon  





Xəbər lenti