Lənkəranda qanunsuz tikililər söküldü

Lənkəranda qanunsuz tikililər söküldü
  20 Aprel 2024    Oxunub:828
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, agentlik Lənkəran şəhəri ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.





AzVision.az



Teqlər:





Xəbər lenti