Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu: İşinə qayıdır

   Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu:    İşinə qayıdır
  25 Aprel 2024    Oxunub:1060
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.
Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqı tələbi qoyub. Məhkəmədə qərar elan edilib.

Qərara əsasən, Rauf Nağıyevin iddiası təmin edilib.

Qeyd edək ki, uzun illər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti