“Taxt-tac oyunları”nın məşhur aktyoru xərçəngdən öldü

“Taxt-tac oyunları”nın məşhur aktyoru xərçəngdən öldü
  08 May 2024    Oxunub:1277
“Game of Thrones” filmindəki Kevan Lannister obrazını canlandlrmlş Yan Gelder vəfat edib.
AzVision.az xəbər verir ki, məşhur britaniyalı səhnə, kino və televiziya aktyoru mayın 6-da - 75 illik yubileyinə bir aydan az vaxt qalmış vəfat edib.

Ölümün səbəbi ötən ilin dekabrında sənətçidə aşkarlanmış xərçəng xəstəliyi olub.

Yan Gelder 1949-cu ildə anadan olub. O, 1970-ci illərin əvvəllərindən daha çox seriallarda rol alıb. Aktyor "A Very English Murder", "EastEnders", 1987-ci ildə Oskara namizəd olmuş "Kiçik Dorrit", "Poirot with Suchet", "Doctor Who" (18+) və "Torchwood" (18+), "His Dark Materials" (18+) da rol alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti