Universitet müəllimi tutuldu

Universitet müəllimi tutuldu
  18 Aprel 2013    Oxunub:1700
O, vətəndaşlaın universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəllimi həbs edilib. Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov bu gün tutularaq istintaqa təhvil verilib.

Polisdən həmçinin bildirilib ki, Ş. Həşimov ABU-nun müəllimi olub. APA-nın verdiyi xəbərə görə, o, xeyli sayda vətəndaşın övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Ş. Həşimov bu gün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb.



Teqlər:  





Xəbər lenti