Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi Türkiyə Ədliyyə Nazirliyində olublar

Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi Türkiyə Ədliyyə Nazirliyində olublar
  23 May 2024    Oxunub:1620
Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin Ədliyyə Nazirliyinin inzibati binasında olublar.
Bu barədə AzVision.az -a Azərbaycan Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, rəsmi ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Türk dünyası Vəkillər kollegiyalarının əməkdaşlığının sürətlə inkişaf etdiyini, hüquq sahəsində bunun vacibliyini ifadə edib.

Həmçinin görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək əməkdaşlığın vacibliyini vurğulayıb, görüşün məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib, habelə fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti