Bakıda sərxoş kişi sürücünü döydü - FOTOLAR

 Bakıda sərxoş kişi sürücünü döydü  - FOTOLAR
  04 İyun 2024    Oxunub:1109
Bakıda 21 nömrəli avtobusda sərnişin avtobus sürücüsünü döyüb.
AzVision.az xəbər verir ki, hadisə ötən gün axşam 21:00 radələrində “Gənclik” parkındakı dayanacaqda baş verib.

Şahidlərin sözlərinə görə, davaya səbəb avtobusa minən kişinin söyüş söyməsi olub. Sərnişin içkili olub, sürücü isə ondan avtobusu tərk etməsini xahiş edib. Bundan qəzəblənən sərxoş kişi "Bakubus"un əməkdaşına hücum edib və ona yumruq zərbələri endirib.

"Digər sərnişinlər çətinliklə də olsa sürücünü sərxoş kişinin əlindən ala biliblər və onu avtobusu tərk etməyə məcbur ediblər", şahid qeyd edib.


Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti