Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb

Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb
  05 İyun 2024    Oxunub:1157
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycan ilə Almaniya arasında mövcud olan əlaqələrdən danışıb. Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Almaniya səfiri Ralf Horleman qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda alman irsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Diplomat Azərbaycan alman irsi ilə bağlı mədəni turizm layihəsi ilə bağlı təklif səsləndirib.

Söhbət zamanı hər iki ölkənin mədəniyyət müəssisələri, o cümlədən kitabxana, muzey, sərgi salonları və teatr-konsert müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulan iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrdə Almaniyanın müvafiq institutlarının təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti