Anti-Kreml mövqeyinə görə Puqaçovanın titulu əlindən alındı

Anti-Kreml mövqeyinə görə Puqaçovanın titulu əlindən alındı
  06 İyun 2024    Oxunub:1016
Kremlin siyasətini pisləyən və xaricə mühacirət edən məşhur müğənni Alla Puqaçova Rusiya səhnəsinin kraliçası titulundan məhrum edilib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Sankt-Peterburqda keçirilən iqtisadi forumda belə qənaətə gəliblər ki, primadonnanın müharibə əleyhinə mövqeyi ona pop kraliçası olmağa imkan vermir. Amma rusların fikrincə, Putinin pərəstişkarı Lyubov Uspenskaya bu ada layiqdir. Bu şəhərdə bir neçə ildir ki, yerli şou-biznes ulduzlarının iştirak etdiyi beynəlxalq iqtisadi forum keçirilir. Yerli təbliğatçı saytlar yazırlar ki, iyunun 5-də tədbir çərçivəsində Lyubov Uspenskayanın çıxışı ilə qonaqlar üçün özəl qəbul təşkil olunub. Müğənni tamaşaçıları xeyli "heyran qoyub". Bundan sonra o, səhnənin yeni kraliçası seçilib", - Unian yazıb.
Nəşr yazır ki, Puqaçovanın özü hələlik bu xəbərə reaksiya verməyib. Ancaq güman edilir ki, o, buna biganə qalacaq. Çünki sənətçi Rusiyaya qayıtmaq və ya hansısa qastrol səfəri planlaşdırmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti