Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

   Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
  08 İyun 2024    Oxunub:1035
İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib
AzVision.az xəbər verir ki, sinoptiklərin məlumatına görə , Şərur , Şahbuz , Culfa , Ordubad , Cəlilabad , Salyan, Neftçala, Biləsuvar , Hacıqabul , Goranboy , Daşkəsən , Ağdam , Tərtər , Bərdə , Şəki , Qax , Zaqatala , Göygöl , Gəncə , Naftalan , Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m-san təşkil edəcək.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti