Bakıda məktəbin mühafizəçisi şagirdi döydü - VİDEO - YENİLƏNİB

   Bakıda məktəbin mühafizəçisi şagirdi döydü -    VİDEO - YENİLƏNİB
  11 İyun 2024    Oxunub:727
İyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Səbail rayonu 189 nömrəli tam orta məktəb məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.

***
Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

AzVision.az xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.

Hadisənin görüntülərini təqdim edirik:



Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti